Azad olunmuş ərazilərdə vəkil büroları yaradılması nəzərdə tutulur.
Ednews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.
O bildirib ki, bununla bağlı kollegiyada lazımi tədbirlər görülür:
"Biz istəyirik ki, həmin ərazilərimizdə də bürolar yaradaq və vətəndaşlarımıza keyfiyyətli hüquqi yardımlar göstərək. Yaxın vaxtlarda bu planı realizə edəcəyik”.