"Qoç ət”də DƏHŞƏT - Qadın ətqarışdırıcı aparatda qalıb öldü - ednews.net

9 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

"Qoç ət”də DƏHŞƏT - Qadın ətqarışdırıcı aparatda qalıb öldü

Cəmiyyət A- A A+
“Qoç ət” KFT MMC-də dəhşətli hadisə baş verib.
 
Ednews qafqazinfo.az-a istinadən xəbər verir ki, dünən günorta saatlarında şirkətə məxsus olan Qaradağ rayonu Lökbatan-Puta yolunda yerləşən kəsim sexində xadimə elektrik ətqarışdırıcı qurğunun içində qalıb.
 
Belə ki, kəsim sexində çalışan Pirməmmədova Rəqsanə Azad qızı qurğunu təmizləyərkən ətqarışdırıcı qurğu qəfil hərəkətə başlayıb.
 
Nəticədə qadın qurğunun hissələrinin arasında qalıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...