Lənkəranda 4 yaşlı uşaq məsuliyyətsizliyin qurbanı olub.
Ednews xəbər verir ki, hadisə axşam saatlarında baş verib.
2020-ci il təvəllüdlü Elmirin üzərinə qaynar su tökülüb. Xəstə dərhal Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin tibbi yardımdan sonra uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona yanıq şoku, gövdənin ikinci dərəcəli yanığı, bud, çanaq, oynaq nahiyyəsi və baldırın yanığı diaqnozu qoyublar.
Hazırda uşağın müalicəsi reanimasiya şöbəsində davam etdirilir.