Tramp seçkilərdə qalib gələrsə, milyarder İlon Maskı müşaviri təyin edə bilər.
Ednews xəbər verir ki, bu barədə "Wall Street Jurnal"ı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu təklif hələ tam hazırlanmayıb, lakin Tramp və Mask belə bir ehtimalı müzakirə ediblər ki, bu da sonuncunun sərhəd təhlükəsizliyi və iqtisadiyyatla bağlı siyasətə təsirini təmin edəcək.
Nəşr qeyd edir ki, Mask son vaxtlar bu mövzularda çıxış etməkdə fəallaşıb. Tramp seçkilərdə qalib gələ bilsə, biznesmeni daha aktiv olmağa cəlb etməyin yolunu tapmaq istəyir.
Əkbər Novruz