"BMT ailəsinin Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyəti ilə korporasiyanı daha da gücləndirmək əzmində olduğunu bir daha təsdiqləmək və BAMF-ın burada mühüm töhfəsini vurğulamaq istərdim"
Ednews xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat fondunun 30 illiyi bağlı Umud Mirzəyevə təbrik məktubu ünvanlayan BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.
O, BAMF-ın yarandığı gündən BMT-nin Azərbaycanda etibarlı tərəfdaşlarından biri olduğunu qeyd edib.
Xatırladaq ki, bu il Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətə başlamasının 30 illiyi tamam oldu.
BAMF-ın 30 illik yubileyi ilə əlaqədər beynəlxalq təşkilatların nümayəndələri, xarici qonaqlar, dövlət xadimləri və bir çox rəsmi şəxslərin iştirakı ilə böyük tədbir keçirilib.
Həmçinin yubiley münasibətilə BAMF-ın prezidenti Umud Mirzəyevə müxtəlif dövlət qurumları və tanınmış şəxslər tərəfindən təbrik məktubları ünvanlanıb.