"30 illik fasiləsiz fəaliyyətiniz ərzində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına töhfələr vermisiniz".
Ednews xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat fondunun 30 illiyi bağlı Umud Mirzəyevə təbrik məktubu ünvanlayan Bakı Ali Neft Məktəbi rektoru Elmar Qasımov deyib.
Təbrik mətnində Beynəlxalq Avrasiya Mətbuat Fondunun ötən müddətdə media və vətəndaş cəmiyyətinin inkişafı, qaçqın və məcburi köçkünlərin problemləri, sülh quruculuğu və münaqişələrin həlli, icmaların inkişafı və təhsil istiqamətlərində çoxsaylı işlər həyata keçirməsi qeyd edilib.
Xatırladaq ki, bu il Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətə başlamasının 30 illiyi tamam oldu.
BAMF-ın 30 illik yubileyi ilə əlaqədər beynəlxalq təşkilatların nümayəndələri, xarici qonaqlar, dövlət xadimləri və bir çox rəsmi şəxslərin iştirakı ilə böyük tədbir keçirilib.
Həmçinin yubiley münasibətilə BAMF-ın prezidenti Umud Mirzəyevə müxtəlif dövlət qurumları və tanınmış şəxslər tərəfindən təbrik məktubları ünvanlanıb.