“Dərman qiymətlərinin tənzimlənməsi qıtlığa gətirib çıxaracaq” Eyyub Hüseynovdan AÇIQLAMA

Cəmiyyət 15:01 30.12.2022

Dekabrın 28-də Tarif Şurası dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə qərarı şərh edib. Bildirilib ki, böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.

Qiymətlərin tənzimlənmələri ilə dərman vasitələrinin keyfiyyətinin uyğunluğu, ölkədə yaşanan dərman qıtlığı problemi, yerli istehsalın təşviq edilməsi və bütün bunların əhalinin sağlamlığına və maddi rifahına mümkün təsirləri barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Ednews-a açıqlama verib:

“Tarif Şurası 3000-dən çox dərmanın qiymətinin tənzimlənməsi istiqamətində işlər görür. Lakin külli-miqdarda dərman preparatı var ki, onların qiyməti hələ də stabil deyil. Aparılan tənzimlənmə isə çox təəssüf ki, manatın dollara olan məzənnəsi nəzərə alınmadan həyata keçirilir. Baxmayaraq ki, ölkədə məzənnə bir neçə ildir ki, stabil qalmaqda davam edir, lakin artım baş versə bunun nəticəsi hər sahədə olduğu kimi dərman vasitələrinin qiymətlərinə də təsirsiz ötüşməyəcək. Qiymətlər tənzimlənsə də dərman preparatlarının keyfiyyətində ciddi şəkildə azalma müşahidə olunur. Ölkədə fəaliyyət göstərən alman aptekləri buna nümunədir. İnsanlar ehtiyacları olan və çətin əldə edilən keyfiyyətli dərmanları qiymətləri digər şəbəkələrdən qat-qat baha olsa da ancaq bu apteklərdə tapa bilirlər, təəssüf ki”.

Eyyub Hüseynov onu da bildirib ki, bütün dünyada keyfiyyətli dərmanla saxta dərmanı fərqləndirmək heç də asan proses deyil, bu, artıq qlobal problemə çevrilib:

“Qiymətlərin tənzimlənməsi məsələsi əhalinin rifahına müsbət təsir göstərən haldır. Lakin bunun fonunda keyfiyyətin aşağı düşməsi də gözləniləndir. Bütün aptek şəbəkələrində dərmanların vahid qiymətlərinin müəyyən edilməsi zəruridir. Bununla belə bir çox dərman preparatları var ki, qonşu Türkiyədə bizdəki qiymətlərdən qat-qat ucuzdur”.

Eyyub Hüseynov Pirallahı Sənaye Parkının fəaliyyətinə də toxunaraq qeyd edib ki, ölkədə keyfiyyətli və münasib qiymətə dərman preparatlarının istehlakı üçün yerli istehsalın inkişaf etdirilməsi şərtdir:

“Yerli dərman istehsalı sahəsində demək olar ki, heç bir irəliləyiş yoxdur. Pirallahı Sənaye Parkı çox böyük imkanlara malikdir və yerli istehsalın canlandırılmasında əhəmiyyətli rolu ola bilər. Lakin, hələ ki, orada primitiv vasitələr istehsal olunur. Dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət diqqətəlayiqdir və yerli və xarici investorlar cəlb edilməklə dəstəklənməlidir”.

Eyyub Hüseynov onu da bildirib ki, Tarif Şurası tərəfindən aparılan qiymət tənzimlənməsi apteklərdə dərman qıtlığına səbəb ola bilər:

“Bəzən dərman distribüterləri özləri süni qıtlıq yaradırlar və qiymətlər süni şəkildə artır. Cənab Prezidentin də vurğuladığı kimi iqtisadiyyatın bəzi sahələrində kartel sövdələşmələri var ki, bu da qıtlığa, qiymət artımına, eyni zamanda yerli dərman istehsalına da əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Düşünürəm ki, tənzimləmələr bəzi dərman seqmentlərində qıtlığa gətirib çıxaracaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Tarif Şurası dekabrın 28-də dərman vasitələrinin qiymətləri ilə bağlı qərarlar qəbul edilib. Bildirilib ki, dövlət tənzimləməsinin məqsədi iqtisadi əsaslar olmadan qiymətlərin bahalaşmasının qarşısını almaq və optimal qiymətlərin, yəni, əhalinin dərman vasitələri ilə etibarlı təchizatına və sahibkarlıq subyektinin ağlabatan rentabelliyinə imkan verən minimal qiymətlərin tətbiqinə nail olmaqdır.

Törə Zeynallı  

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Hamısı