Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda şəhid ailəsinə və qazilərə mənzillər təqdim edib

Cəmiyyət 23:54 30.12.2022

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailəsi və qazilərlə görüşüb.

Ednews xəbər verir ki, görüşdə İkinci Qarabağ müharibəsi şəhidinin ailəsinə, 5 qaziyə yeni mənzil, 11 qaziyə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılması zamanı sağlamlıq imkanlarını qismən itirmiş 1 nəfərə avtomobillər təqdim olunub.

Fuad Nəcəfli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq deyib ki, çox təəssüf ki, müstəqilliyimizin ilk illərində mənfur düşmənlər Azərbaycan Respublikasının bütövlüyünə, onun sərhəd toxunulmazlığına qarşı cinayətkar əməllər törədiblər. Bir azərbaycanlı kimi sevinirəm ki, Vətən oğulları da bu əməllərin qarşısının alınması üçün könüllü şəkildə maraqlarını ortaya qoyaraq Vətənin çağırışına səs verdilər. İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsində Azərbaycan oğulları düşmənə layiqli cavab verib. Müstəqilliyin ilk illərində hər hansı bir ordudan danışmaq çətin idi. Ordu quruculuğunun təməli məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən Naxçıvanda atılıb. Mən Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin yerləşdiyi ərazidə olarkən orada yaradılan şəraiti gördükdə qürurlandım. Ona görə ki, bu sahədə işlər ilk olaraq burada formalaşıb. Birinci Qarabağ müharibəsi bizim üçün olduqca ağır idi. Lakin düşmənin uzun müddət həm təbliğatı, siyasəti, həm də özlərini “qəhrəman xalq” kimi təqdim etmələri Azərbaycan oğullarının rəşadəti və səyi hesabına darmadağın edildi. Artıq belə bir mif yoxdur. Bütün dünya onların kim olduğunu bir daha gördü. Çox təəssüf ki, bugünkü dünya nizamında ikili standartlarla qarşılaşırıq, ərazi bütövlüyümüzə yenə də düşmən gözü ilə baxan qüvvələr var. Ancaq əmin edirəm ki, ölkə Prezidentinin bu məsələlərdə qətiyyətinə heç bir şübhə ola bilməz. Dövlət başçısının siyasəti məhz ona hesablanıb ki, Azərbaycanın ərazi bütövlüyü qorunmalı və dədə-baba torpaqlarımız həmişə bizim bir tərkib hissəmiz kimi qalmalıdır.

Fuad Nəcəfli təşəkkür edərək deyib ki, müharibənin ağır, olduqca çətin dövrlərində hər biriniz öz gücünüzü əsirgəməyib insan üçün ən dəyərli olan həyatınızı riskə ataraq vətənin çağırışına qoşulmusunuz və müharibədə iştirak etmisiniz. Bu, olduqca cəsarət tələb edən bir qərardır. Müharibə itkisiz olmur.

Şəhidlərə və qazilərə ehtiramını bildirən Fuad Nəcəfli deyib ki, belə oğulları tarix hər zaman yetişdirmir. Lakin Naxçıvan torpağı, qədim Azərbaycan torpağı həmişə igid oğullar yetişdirəcək və vətənimizin bütövlüyü, torpaqlarımızın müqəddəsliyi həmin oğulların sayəsində daim qorunacaqdır. Dövlət tərəfindən şəhid ailələri və qazilərin sosial təminatı istiqamətində mühüm tədbirlər görülür, lakin nə qədər işlər görülsə də, hər zaman azdır. Dövlət başçımızın bu məsələlərlə bağlı prinsipial siyasət yürütməsinə əmin ola bilərsiniz. Şəhid ailələri və qazilərin sosial təminatının davamlı olaraq yüksəldilməsi bundan sonra da davam etdiriləcəkdir. Bu gün həyata keçirilən tədbirlərin davamı kimi ayrılan vəsait hesabına mənzillər və avtomobillər təqdim olunur. Bu, dövlətin sizə göstərdiyi qayğının təzahürüdür.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək ölkə Prezidentinin Naxçıvanda şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan danışıb.

Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədov mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim ediblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, uğurlar arzulayıb.

Şəhid ailəsinə və qazilərə verilən 2 və 3 otaqlı mənzillər Kəngərli rayonunun Qıvraq qəsəbəsində, Culfa və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulub, lazımi kommunal şərait yaradılıb.

 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Hamısı