Yanvarın 4-də ölkə ərazisində baş verən kriminal hadisələrin xronikası açıqlanıb.
Daxili İşlər Nazirliyindən Ednews-a verilən məlumata görə ötən gün ölkədə qeydə alınan 49 və əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin üstü açılıb. Axtarışda olduğuna görə ümumilikdə 6, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər isə saxlanılıb.