"Sizin və bu təşkilatı təsis edən digər jurnalist və ziyalıların əsas məqsədi xalqımızın düçar olduğu ağır vəziyyətdə onlara, bütövlükdə ölkəmizə mümkün olan yardımı etmək, Azərbaycan ətrafında yaradılmış informasiya blokadasını yararaq həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq olmuşdur".
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illiyi ilə bağlı Fondun prezidenti Umud Mirzəyevə ünvanladığı təbrik mətnində deyib.
Xatırladaq ki, bu il Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətə başlamasının 30 illiyi tamam oldu.
BAMF-ın 30 illik yubileyi ilə əlaqədər beynəlxalq təşkilatların nümayəndələri, xarici qonaqlar, dövlət xadimləri və bir çox rəsmi şəxslərin iştirakı ilə böyük tədbir keçirilib.
Həmçinin yubiley münasibətilə BAMF-ın prezidenti Umud Mirzəyevə müxtəlif dövlət qurumları və tanınmış şəxslər tərəfindən təbrik məktubları ünvanlanıb.
Sözügedən videonu təqdim edirik: