Azad edilmiş ərazilərdə məktəb tikintisi işləri davam edir.
Ednews xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev bildirib.
O bildirib ki, Ağalı kənd məktəbindən əlavə olaraq keçən il Tərtər Suqovuşan kənd məktəbini əsaslı təmirdən sonra hazırlanıb:
"Hələ o məktəb istismara verilməyib, amma açılışa hazırdır. Şuşa 1 nömrəli 960 yerlik məktəb də tikilir. Ağdam şəhərində 1 nömrəli 960 yerlik məktəb inşa edilir. Hər ikisinin bu ilin sentyabrında təhvil verilməsi gözlənilir. Füzuli peşə məktəbinin, Kəlbəcər şəhərində, Zəngilanda 960 yerlik mətkəb, Şuşa Real Məktəbinin layihələndirmə işləri aparılır”.
Onun sözlərinə görə, Laçında 2 nömrəli, eyni zamanda Laçın–Zabux məktəbinin əsaslı təmir işlərinə başlanıb: “Onların da bu ilin sentyabrında təhvil verilməsi nəzərdə tutulub”.