Mənzil fırıldaqçılarının tələsindən necə qurtulmaq olar? Hüquqşünasdan TÖVSİYƏ

Cəmiyyət 15:17 12.01.2023

Azərbaycanda son 10 ildə mənzil tikinti və istismarı geniş formada inkişaf etməyə başlayıb. Bu xüsusilə şəhərətrafı və şəhərdən kənarda yerləşən qəsəbələrdə çoxmərtəbəli binaların tikilməsi ilə özünü biruzə verir. Əhalinin artımı və sürətlə davam edən urbanizasiya bu növ mənzillərin alışına da böyük tələbat yaradıb. Lakin təəssüflər olsun ki, sürətlə tikilən bəzi bu tip binalarda mənzil almaq arzusunda olan vətəndaş sonradan xoşagəlməz mənzərələrlə üzləşir. 

Mənzil fırıldaqçıları

Son günlərin ən prioritet mövzularından biri mənzil fırıldaqçılığı ilə bağlı şikayətlərdir. Belə ki, vətəndaş mənzil almaq istəyərkən birbaşa tikinti şirkətinə müraciət edir və ya “dəllal” (sövdəçi) vasitəsilə arzuladığı mənzili alır. Daha sonra yalnız iki tərəf arasında notarial qaydada müqavilə imzalayaraq, mənzil satana külli miqdarda pul ödəyir. 

Ən acı məqam isə bundan sonra yaranır. Bu gün məhkəmələr daha çox bir mənzilin bir neçə şəxsə notariusda imzalanan çıxarış sənədi əsasında satıldığı barədə şikayətlərə baxır. Fırıldaqçıların qurbanı olan şəxs bir müddət sonra mənzilin digər sahibi ilə qarşılaşanda çaşqın vəziyyətə düşür və nə edəcəyini bilmir. 

Məsələ ilə bağlı Ednews-a danışan vəkil İbrahim Qurbanov təsdiq edib ki, bu kimi faktlarla bağlı tez-tez məhkəmə orqanlarına müraciətlər olunur. O, bu cür fırıldaqçılığın qarşısının alınması məqsədilə vahid bir mexanizmin olmasının zəruri olduğunu qeyd edib. 

“Çox təəssüf ki, bu gün Azərbaycanda vətəndaşlar digər ölkələrdə olduğu kimi ev alarkən, hansısa bir mərkəzi sistemdən alqı-satqı ilə bağlı dəqiq məlumat əldə edə bilmirlər. Məsələn bir çox ölkələrdə bu cür sistem artıq var və ora daxil olarkən, orada evin satlıq olub və ya artıq digər şəxsə satılmış statusda olması barədə məlumat əldə etmək olur”. 

Vəkil İ.Qurbanov vətəndaşların bu cür fırıldaqçılığın qurbanı olmaması üçün onların daha çox elektron hökumət protalına müraciət etmələrini tövsiyyə edib. 

“Bəzən mən öz müvəkkilllərimə daha çox my.gov.az elektron hökumət protalında ev alqı-satqısı zamanı evin çıxarış sənədini yoxlamağı tövsiyyə edirəm. Vətəndaş almaq istədiyi evin çıxarış sənədinin elektron kodunu (əgər portalın fəaliyyətindən əvvəl çıxarış alınıbsa digər kodu) sistemə daxil etməklə onun doğruluğunu təsdiq edə bilər. Belə bir halla hətta özüm də rastlaşmışam və sənədin başqa şəxsin adına olduğunu təsdiq edərkən alqı-satqını dərhal ləğv etmişik”. 

Səhlənkarlıq və məlumatsızlığın acı aqibəti

Hüquqşünas bu gün vətənndaşların məlumatsız olduğunu və daha çox dövlətin təsdiqləmədiyi sənəd əsasında ev alqı-satqısı həyata keçirərkən problemlə üzləşdiklərini deyib. 

“Vətəndaşlar çox zaman heç bir notarial təsdiqi olmayan və MTK-ların özləri tərəfindən möhürlənən müqavilə sənədi əsasında ev alır. Onlar düşünür ki, bu daha rahat və ucuz başa gələn prosesdir. Halbuki onlar hüquqları pozulan şəxs kimi məhkəmələrə müraciət edərkən haqlı tərəf sayılsa da, zərər çəkən tərəf olur. Adətən qanuna görə ev sahibi MTK ilə birinci müqavilə bağlayan şəxs olur. Digər müqavilə bağlayan 2-ci, 3-cü və sair şəxslərə gəlincə isə cinayət məcəlləsinin 178-ci maddəsinə əsasən vətəndaşların öz pullarını geri tələb etmələri üçün məhkəmə tərəfindən sadəcə onların şikayətinə baxılır və zərərin miqdarı müəyyən edilir. Bu da zərər çəkənin mülkiyyətdən məhrum olması ilə yanaşı, onun əlavə vaxt itkisi və hətta əlavə maddi ziyana məruz qalması ilə nəticələnir”.  

İbrahim Qurbanov eyni zamanda, bu sahədə vətəndaşların işini rahatlaşdırmaq üçün mənzil alqı-satqısının DOST xidmətinə verilməsinin uyğun olduğunu deyib. 

“Hesab edirəm bəhs edilən problemlə bağlı DOST mərəkəzində sırf əmlakla bağlı mübahisələri tənzimləyən müstəqil bir xidmət bölməsi yaradıla bilər. Bunun üçün böyük bir təlabat var. Həm də fikrimcə, bu xidməti DOST mərkəzi ASAN xidmətdən daha uğurla həyata keçirə bilər”,- deyə, ekspert belə əlavə edib. 

Elnur Ənvəroğlu

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Hamısı