2022-ci ildə "Bakı Metropoliteni" 208,7 mln. sərnişin daşıyıb ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.
Ednews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.
Məlumata görə, 2021-ci ilin müvafiq dövründə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 90,2 mln. nəfər olub.