Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonunda fəaliyyət göstərən din xadimləri və dini icma sədrlərinin iştirakı ilə Zərdab şəhər "Cümə" məscidində vəhdət namazı qılınıb.
Bu barədə Ednews Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) istinadən məlumat verir.
Bununla bağlı keçirilən tədbirdə Vətən müharibəsində şəhid olanların xatirəsinə ucadılmış abidə ziyarət olunub.
O cümlədən, şəhidlərimizin, o cümlədən 20 Yanvar qurbanlarının xatirəsi yad edilib və ruhlarına dualar oxunub.