Bakı şəhərinin Xətai rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi, idarəetmə lövhəsi, ön təkərləri və şüşəsi yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Ednews-a bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.