Bakı şəhərində 16 yaşlı qız itkin düşüb.
Ednews xəbər verir ki, Sabunçu rayon Bakıxanov qəsəbəsində yaşayan 2007-ci il təvəllüdlü Xədicə Əliyeva yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
DİN-in mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, hazırda itkin düşən 16 yaşlı qızla bağlı araşdırmalar aparılır.