Xəzər dənizində yaranan problemlərə görə Azərbaycan və Türkmənistan İşçi Qrupu İCLAS KEÇİRDİ - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

Xəzər dənizində yaranan problemlərə görə Azərbaycan və Türkmənistan İşçi Qrupu İCLAS KEÇİRDİ

Cəmiyyət A- A A+

Yanvarın 24-25-də Aşqabadda Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə İşçi Qrupun növbəti iclası keçirilib. 

Ednews xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə isə Xəzər dənizi İnstitutunun direktoru, Xəzər dənizi məsələləri üzrə Türkmənistanın xüsusi nümayəndəsi Murad Atacanov rəhbərlik edib. 
İclasda Azərbaycan və Türkmənistanın aidiyyəti nazirliklərinin və ixtisaslaşmış qurumlarının nümayəndələri iştirak ediblər. 

İclasda Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş layihəsinin müddəalarının müzakirəsi davam edib. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...