Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr TƏYİNATI - ednews.net

28 Yanvar, Şənbə

(+994 50) 229-39-11

Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr TƏYİNATI

Cəmiyyət A- A A+

Naxçıvan Muxtar Respublikası MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunub. 

Ednews xəbər verir ki, İlqar Hacıbala oğlu Sadiqov Komitəyə sədr təyin edilib. 

Bu gün İ.Sadiqovu kollektivə Naxçıvan MR-da Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov təqdim ediblər. 

Təqdimat zamanı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti geniş təhlil olunub, buraxılan nöqsanlara diqqət çəkilib, bundan sonrakı fəaliyyət üzrə müvafiq tapşırıqlar verilib. 
Qeyd edək ki, İ.Sadiqov bu təyinatadək Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...