Kürdəmirdə baş verən avtomobil qəzasında bir ailənin 3 üzvü xəsarət alıb.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Sovla kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki,hadisə zamanı “Hyundai Elantra” və “Hyundai Santafe” markalı avtomaşınlar toqquşub.
Nəticədə “Elantra”da olan bir ailənin üzvləri Ağcabədi rayon sakinləri sürücü 1989-cu il təvəllüdlü Əliyeva Günel Əbülfəz qızı və onun övladları 2008-ci il təvəllüdlü Alıyeva Asina və 2004-cü il təvəllüdlü Alıyeva Məryəm Qulu qızları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.
Hazırda faktla bağlı araşdırma aparılır.