Bakıda marketdə satıcıya qarşı quldurluq edən şəxs saxlanılıb - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

Bakıda marketdə satıcıya qarşı quldurluq edən şəxs saxlanılıb

Cəmiyyət A- A A+
Xətai rayonunda yerləşən marketlərdən birində satıcı işləyən xanıma qarşı quldurluq edilib.
 
DİN-dən Ednews-a  verilən xəbərə görə, naməlum şəxs marketə daxil olaraq əlində olan bıçaqla satıcının həyat və sağlamlığı üçün təhlükə yaradacağı hədəsi ilə onun çantasından 185, kassadan isə 30 manat götürərək hadisə yerindən yayınıb.
 
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Hüseyn Məmmədov saxlanılıb. O, izahatında törətdiyi əməli etiraf edib.
 
Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
 
Hüseyn Məmmədov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...