Asim Mollazadə ictimai nəqliyyatdakı artımdan danışdı: “Hər hansı keyfiyyət gözləmirəm” - AÇIQLAMA - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Asim Mollazadə ictimai nəqliyyatdakı artımdan danışdı: “Hər hansı keyfiyyət gözləmirəm” - AÇIQLAMA

Cəmiyyət A- A A+

“Tarif Şurası qiymət artımının səbəblərini izah etməlidir. Bundan sonra nəsə dəqiq demək olar”.

Bu sözləri Ednews-a millət vəkili Asim Mollazadə Tarif (qiymət) Şurasının ictimai nəqliyyatda qiymətləri qaldırması ilə bağlı fikir bildirərkən deyib. O, qeyd edib ki, qiymətlərin qalxması üçün hansısa maliyyə imkanları tapılmalı idi.

“İndi bunu biz bilmirik. Ona görə də qurum səbəblərini ictimayyətə təqdim etməlidir”.

Deputat qiymətlərin qalxmasının ictimai nəqliyyatda hər hansı bir keyfiyyəti artırmayacağını da vurğulayıb.

Qeyd edək ki, Tarif şurasının iclasında aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunmuşdur (əvvəlki tarif 2,4 qəpik).

Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minir.

Oğuz Ayvaz 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...