Sabahın hava - PROQNOZU - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

Sabahın hava - PROQNOZU

Cəmiyyət A- A A+
Fevralın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Ednewa-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
 
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin axşam bəzi dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman. Qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.
 
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...