ABŞ rəsmisindən Türkiyə banklarına SANKSİYA XƏBƏRDARLIĞI - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

ABŞ rəsmisindən Türkiyə banklarına SANKSİYA XƏBƏRDARLIĞI

Cəmiyyət A- A A+
ABŞ maliyyə nazirinin terrorizmlə mübarizə və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson İstanbula səfər edib.
 
Ednews Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilib.
 
Türkiyə banklarının nümayəndələri ilə görüş keçirən ABŞ rəsmisi Rusiya ilə ticarət əməkdaşlığının inkişafı səbəbindən sanksiyaların tətbiqi riski barədə xəbərdarlıq edib.
 
Nelson Rusiya şirkətlərinə sanksiyalardan yayınmağa yardım edən Türkiyə şirkətlərinin G7 ölkələri ilə bağlantılarını itirmə riski ilə qarşılaşa biləcəklərini vurğulayıb.
 
“Son bir ildə ikinci dərəcəli türk ixracatının və ya Rusiyaya təkrar ixracın artması Türkiyənin özəl sektorunu nüfuz və sanksiya risklərinə qarşı xüsusilə həssas edir”, - deyə qeyd olunub.
 
Nelson maliyyə qurumlarını Rusiya hüquqi və fiziki şəxsləri ilə əməliyyatların intensiv yoxlanılmasını həyata keçirməyə çağırıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...