AzTV (“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC), Mədəniyyət TV, İdman TV və Azərbaycan Radiosu Türkiyədəki zəlzələ ilə əlaqədar proqramında dəyişiklik edib.
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Ednews-a verilən məlumata görə, adı çəkilən qurumlarda yayımlanması nəzərdə tutulan musiqili-əyləncəli verilişlərin yayımı matəm səbəbi ilə dayandırılıb.
Qeyd edək ki, AzTV-nin Türkiyədəki yerli büroları ilə bərabər Azərbaycandan da 1 qrup əməkdaş zəlzələ ərazisinə ezam olunub.
TV-nin hazırda 3 çəkiliş qrupu Kahramanmaraş, Adana və Malatyadan gün ərzində baş verənlərlə bağlı canlı bağlantılar vasitəsilə tamaşaçıları məlumatlandırır.
Bundan əlavə, QSC-nin TRT və “Anadolu Agentliyi” ilə əməkdaşlığı çərçivəsində AzTV ən son xəbərləri ilk əldə edənlərdəndir və Azərbaycan izləyicisini yeni məlumatlar və görüntülərlə təmin edir.