Kahramanmaraşdakı güclü zəlzələdən sonra 648 afterşok qeydə alınıb - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Kahramanmaraşdakı güclü zəlzələdən sonra 648 afterşok qeydə alınıb

Cəmiyyət A- A A+
Kahramanmaraşdakı 7.7 maqnitudalıq zəlzələdən sonra indiyədək ümumilikdə 648 afterşok qeydə alınıb.
 
Ednews  xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD-dan) bildirilib.
 
Məlumata görə, psixoloji yardım məqsədilə əraziyə 2 902 nəfər və 132 nəqliyyat vasitəsi cəlb olunub.
 
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.
 
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
 
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...