44 azərbaycanlı həkim Türkiyəyə nə zaman yola düşəcək? - AÇIQLAMA - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

44 azərbaycanlı həkim Türkiyəyə nə zaman yola düşəcək? - AÇIQLAMA

Cəmiyyət A- A A+

“Könüllü Həkimlər Assosiasiyasının üzvləri Türkiyəyə yola düşmək üçün qardaş ölkənin Azərbaycandakı səfirliyindən xəbər gözləyirlər”.

Bu sözləri Ednews-a Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının rəhbəri Oktay Mehtiyev deyib. O, qeyd edib ki, səfirliyə ilk gündən müraciət etmişik. Hələki xəbər yoxdur. Onlar da Türkiyədəki Təşkilat Komitəsindən məlumat gözləyirlər.

“Çox güman ki, şəraitlə bağlı problemlər var. Çünki məlumat verdilər ki, çətinliklər keçilməz yollarla əlaqədardır. Biz yenə də hazırıq. Ehtiyac varsa, bizi dəvət edəcəklər. Təşkilatımızda 500-dən çox həkim var və hamısı da getməyə hazırdır. Sadəcə olaraq 44 - Zəfərimizi simvolizə edən rəqəm olduğu üçün 44 nəfərdən ibarət heyət ilk gündən hazır durmuşuq”. 

Oğuz Ayvaz 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...