Türkiyənin Malatya əyalətinin Battalqazi rayonunda 83 yaşlı qadın 124,5 saatdan sonra dağıntılar altından xilas edilib.
Ednews "Anadolu Ajansı"na istinadən xəbər verir ki, həkim briqadasına təhvil verilən yaşlı qadın xəstəxanaya aparılıb.
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb. 91 511 nəfər isə yaralanıb.