“Bu gün biz Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla zəlzələnin mərkəzi olan Kahramanmaraşda birlikdəyik”.
Ednews xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransında deyib.
“Kahramanmaraşa səfər etdiyi üçün qardaşıma təşəkkür edirəm. Dünən Şimali Kiprin XİN rəhbəri Ankarada oldu. Zəlzələ bölgəsinə ilk səfər edən xarici işlər naziri Ceyhun Bayramovdur. Sadəcə ilk ziyarət deyil, zəlzələ olandan sonra da mənə ilk zəng edən Azərbaycanlı həmkarım olub”, – deyə Çavuşoğlu bildirib.