Qobustan Rayon Mərkəzi Xəstəxanasında 7 yaşlı uşaq əməliyyatdan öncə ölüb.
Faktla bağlı Qobustan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Bu barədə Ednews-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, fevralın 13-də 2016-cı il təvəllüdlü Yağmur Məmmədovanın Qobustan Rayon Mərkəzi xəstəxanasında cərrahi əməliyyatdan öncə ölməsi faktı ilə bağlı Qobustan Rayon Prokurorluğunda istintaq araşdırmaları aparılır.