Xəbər verdiyimiz kimi, hazırda Zəngəzur dəhlizindən keçəcək dəmir yolu inşa edilir.
İctimai televiziyanın çəkiliş qrupu Həkəri çayı üzərində tikilən dəmir yolu körpüsü ilə bağlı reportaj hazırlayıb.
Ednews xəbər verir ki, aparıcının sözlərinə görə, uzunluğu 400, eni isə 6 metrdən çox olan körpü istifadəyə verildikdən sonra Naxçıvana bu yolla getmək rahat olacaq.
O, əlavə edib ki, Çindən Orta Dəhliz vasitəsilə daşınan yüklər Zəngəzur dəhlizinə daxil olduqdan sonra bu körpüdən keçərək Avropaya çatdırılacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin şöbə rəisi Kənan Rzayev televiziyaya aparılan işlərlə bağlı müsahibə verib.
O, yaxın həftələrdə körpüdə tikinti işlərinin tam başa çatacağını deyib.
Ətraflı televiziyanın hazırladığı süjetdə: