Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Ednews xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.
Bununla da iclaslarda baxılan məsələlərin sayı 600-ü ötüb.
Ümumilikdə, komissiyanın 5 iclası ərzində əfvlə bağlı 600-dən artıq müraciətə baxılıb və müvafiq qərarlar verilib.
Növbəti iclasın fevral ayının 23-də keçiriləcəyi nəzərdə tutulur.