Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak da həlak olub.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universiteti məlumat yayıb.
“Bundan əlavə, zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri - Gündüz Nəzərzadə də ATU-nun məzunu olub. 2021-ci ildə universitetimizin Əczaçılıq fakültəsindən məzun olan G.Nəzərzadə Malatyada İnönü Universitetində magistratura təhsili alıb”.
ATU rəhbərliyi və kollektivi zəlzələdə həlak olanların ailələrinə, yaxınlarına dərin acı və hüznlə başsağlığı verir”- məlumatda qeyd edilib.
Qeyd edək ki, ən son məlumatlara görə Türkiyədə baş verən zəlzələ nəticəsində 31473 nəfər həlak olub.