“AZAL-da tələbələr üçün xüsusi endirimlər var” Nərmin Xəlilova yayılan söhbətlərə AYDINLIQ GƏTİRDİ

Cəmiyyət 16:00 16.02.2023
Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində həyatını itirən dörd azərbaycanlı tələbədən biri Şahin Vəliyevin anası Esmira Hüseynova mediaya açıqlamasında bildirib ki, tətil olmağına rəğmən təyyarə biletləri baha olduğu üçün Şahin həmin ərəfədə vətənə dönə bilməyib. 
 
Bu açıqlama təyyarə biletlərinin satışında tələbələrə güzəştlər edilməsi mövzusunu yenidən gündəmə gətirib.
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, ekspert İlqar Orucov sosial şəbəkədə yazdığı fikirlərlə bu məsələyə toxunub. 
 
“Türkiyədə vəfat edən tələbələrdən birinin anası deyir ki, oğlum tətilə gəlməli idi, bilet bahadır deyə gələ bilmədi. Tələbələr üçün təyyarə biletlərinə mütləq güzəştlər etmək lazımdır. Bu gənclər bizim gələcəyimizdir”.
 
Məsələ ilə bağlı Ednews-a açıqlama verən ekspert bildirib ki, söhbət təkcə Bakı-İstanbul reysindən getmir. AZAL digər şəhərlərə həyata keçirdiyi uçuşlarda da tələbələrə endirimlər etməlidir. 
 
“Bunu tək mən demirəm. Çoxu razılaşar ki, AZAL-ın hətta endirimli qiymətləri də tələbə büdcəsi üçün çox bahadır. Necə olur ki, iki saatlıq İstanbul uçuşunun qiyməti ondan daha uzaq istiqamətə uçuş edən “Wizzair” biletlərindən qat-qat baha olur? Tbilisidən İstanbula uçuşların qiyməti Bakıdan daha ucuzdur. AZAL-ın aşağı büdcəli “Buta” şirkətinin də bilet qiymətləri standartları aşır. Bakıdan Türkiyənin digər şəhərlərinə də reyslər var. Onların qiymətlərində endirimlər varmı? – təəssüf ki, yox. 
 
Bu gənclər bizim gələcəyimizdir. Sabah gəlib ölkədə cəmiyyətin, dövlətin inkişafı üçün çalışacaqlar. Niyə onların maliyyə xərclərini azaltmaq üçün addımlar atılmır? AZAL bu istiqamətdə nə edib? Dövlət hər zaman cəmiyyətin həssas qruplarından olan tələbələr üçün təqaüdlərdə artımlar edir. İri korporasiyalar, qurumlara da bu istiqamətdə tapşırıqlar verilməlidir. Bu şirkətlər vətəndaşların hesabına fəaliyyət göstərir. Niyə vətəndaşın xeyrinə heç bir iş görmürlər? Tələbə üçün hər zaman hər yerdə güzəştlər olmalıdır. Necə ki, dünyanın sivil ölkələrində bu belədir”.   
 
Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilova  Ednews-a bildirib ki, Bakı-İstanbul istiqamətində təyyarə biletlərinin satışında tələbələr üçün xüsusi güzəştlər mövcuddur. 
 
“Aviabiletləri əldə etmək üçün Azərbaycan və xarici universitetlərin tələbələri AZAL-ın satış ofislərinə yaxınlaşaraq tələbə bileti və ali təhsil müəssisəsindən arayış təqdim etməlidir”.
 
 
Törə Zeynallı
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Hamısı