“Türkiyədə 27 minə yaxın təhsil alan azərbaycanlı tələbə var. Onlayın təhsillə keçidlə bağlı tələbələr Azərbaycana gəlmək istəsə də, bilet bahalığı ucbatından bunu edə bilmirlər, quru sərhədləri də bağlıdır”.
Ednews xəbər verir ki,bunu Milli Cəbhə partiyasının sədri,millət vəkili Razi Nurullayev öz Facebook səhifəsində yazıb.
“Onlar Azərbaycan vətəndaşlarıdır, planlaşdırlmamış təbii fəlakətin nəticəsində bu ağır vəziyyətə düşdülər. Tələbənin pulu olmur, hər zaman maddi dəstəyə ehtiyacı var. Ona görə də hökumət bununla bağlı qərar verib, onları pulsuz olaraq çarter reysləri ilə Azərbaycana gətirməlidir. Onlar bizim vətəndaşlarımızdır, niyə biz onlardan pul güdməliyik?”, - deyə partiya sədri tələbələrə yardım lazım olduğunu vurğulayıb.
Partiya sədri həm də qeyd edib ki, bu gün Azərbaycan vətəndaşları və hökumət səfərbər olaraq Türkiyəyə kömək edir. Biz həm də səfərbər olub tələbələrimizi ölkəyə gətirmliyik.
“Onları gətirməyə dövlətimizin gücü yoxdurmu? Təbii ki, var. Sadəcə təşkil etmək lazımdır. Bununla bağlı çox ciddi tədbirlər görülməlidir. Onların ölkəyə gətirilməsi pulsuz təşkil edilsə, dövlətimiz, xalqımız adına şərəfli bir iş olar”, - cümləsi ilə millət vəkili öz fikrini tamamlayıb.
Zinyət Dövlət qızı