Bölgələrdə işləyən müəllimlərin sosial təminatı ilə heç kim maraqlanmır Ekspert Siyəzəndə avtoqəzada həlak olan müəllimlərdən DANIŞDI

Cəmiyyət 16:00 20.02.2023
Bir neçə gün əvvəl Siyəzən rayonu ərazisində içərisində müəllimlərin olduğu mikroavtobusun qəzaya uğraması paytaxtdan bölgələrə işə gedən müəllimlərin sosial təminatı məsələsini yenidən gündəmə gətirib.
 
Mövzu ilə bağlı Ednews-a fikirlərini bildirən təhsil eksperti Elşən Qafarov bildirib ki, müəllimlərin işə qəbulu imtahanlarının şəffaf keçirilməsi son dövrlərdə təhsil islahatlarının uğurlu nəticəsidir. Bununla belə, bölgələrə dərs deməyə gedən gənc müəllimlərin sosial müdafiəsi istiqamətində görülən işlər yetərli deyil. 
 
“Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarı ilə bölgələrə işləməyə gedən 35 yaşa qədər müəllimlərin sosial təminatı ilə bağlı müəyyən tədbirlər görülür. Lakin bu, kifayət deyil. Rayon mərkəzindən 20 km-ə qədər məsafədə işləyən müəllimlərə aylıq 100 manat, 20 km-dən artıq olanda isə bu məbləğə əlavə olaraq 90 manat da ödənilir. Həmin qərarda göstərilir ki, bölgələrdə yaşamaq istəyən müəllimlərə bələdiyyələr tərəfindən yer ayrılmalıdır. Amma bələdiyyələr buna əməl etmir. Torpaq sahəsi ayrılsa belə 400-600 manat əməkhaqqı alan müəllim hansı maddiyatla özünə yaşayış evi tiksin?! Sovet dövründə bölgələrdə qonaq evləri və ya müəllimlər evləri tikilirdi, uzaqdan gələn müəllimlər də burada qalırdılar. Düşünürəm ki, bu təcrübəni bərpa etmək lazımdır. 2022-ci il ərzində də səhv etmirəmsə bir neçə belə bədbəxt hadisənin şahidi olduq. Bəzi müəllimlər qəzalar nəticəsində dünyasını dəyişdi, bəziləri ömürlük sağlamlığını itirdi. Bu, Azərbaycan təhsilinə böyük zərbədir”. 
 
E.Qafarov bildirib ki, müəllimlərin sosial müdafiəsi ilə bağlı Təhsil Nazirliyi və digər aidiyyatı qurumlar koordinasiyalı şəkildə çalışmalıdırlar:
 
“Bölgələrə gedib dərs deyən müəllimlərin sosial təminatı ilə heç kim maraqlanmır. Əvvəllər 35 yaşa qədər hər bir müəllim Nazirlər Kabinetinin 67 nömrəli qərarında göstərilən imtiyazlardan hər dəfə məktəb dəyişdikcə 3-5 il müddətində istifadə edə bilirdi. Qərarda edilmiş dəyişikliklərdən sonra müəllimlərə artıq bir dəfə bu imtiyazlardan istifadə hüququ verilir. Fikrimcə, yerli icra hakimiyyəti orqanlarını da məsələyə cəlb etmək lazımdır. Məktəb olan kəndlərdə müəllimlərə yaşayış yerləri ayrılmalıdır. Müəllim dərs demək üçün hər gün saatlarla yol qət etməməli, maddiyyat sərf etməməlidir. Azərbaycan müəlliminin layiqli sosial müdafiəsi bütün cəmiyyət üçün prioritet olmalıdır”.  
 
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, dövlət sifarişinə əsasən kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış müəllimlərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım ödənilir.
 
Araşdırmamızdan da bəlli oldu ki, regionlara köçən müəllimlər daimi mənzillə təmin olunmurlar.
 
Məsələni diqqətdə saxlayacağıq.
 
 
 
Törə Zeynallı
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı