Yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, zəlzələnin ocağı 52 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 3,6-ya bərabər olan zəlzələ episentrdə hiss olunmayıb.