“Rusiyanın növbəti hədəfi Belarusiyadır”
Ednews ZDF.de heute-ə istinadən xəbər verir ki, bu iddia ilə Süddeutsche Zeitung siyasi nəşri çıxış edib. Nəşr bu ittihamları Rusiya prezidenti Vladimir Putinin son çıxışınından sonra irəli sürüb.
Siyasi analitiklərə görə Rusiya 2030-cu ilə qədər Belarusiyanı özünə tabe edəcək. Bununla rəsmi Kreml NATO-ya qarşı daxili dayaq yaratmaq istəyir.
Kremlin “Rusiya Federasiyasının Belarusdakı strateji hədəfləri” adlı 17 səhifəlik hesabat sənədi 2021-ci ilin yayından etibarən hazırlanıb. Sənəddə Rusiyanın Belarusda siyasət, müdafiə, ticarət, iqtisadiyyat və cəmiyyət sahələri, strateji hədəfləri sadalanır və onları qısamüddətli (2023-ci ilə qədər), ortamüddətli (2025-ci ilə qədər) və uzunmüddətli (2030-cu ilə qədər) hissələrə ayırılıb. Ölkənin Avropa ölkəri ilə birbaşa sərhədinin olması, geosiyasi mövqeyinə görə, Rusiya və NATO ölkərinin arasında bufer zona olması, Qərbi Avropa Ölkələrini təmin edən xüsusi qaz və neft boru kəmərlərinin burada yerləşməsi Belarusu Rusiya tərəfdən ilhaq edilməsinə əsaslı səbəb yaradır.
Nəşr yazır ki, Belarusda ötən ilin fevralında qəbul edilmiş konstitusiya islahatı Rusiya şərtlərinə uyğun başa çatdırılmalı və qanunlar Rusiya Federasiyasının qanunları ilə “uyğunlaşdırılmalıdır”. Eyni zamanda, Kreml Qərbin təsirini geri çəkmək və NATO-ya qarşı dayaq yaratmaq istəyir . Putininin bu həmləsi Qərbin ağlında keçmiş Rusiya İmperyasının sərhədlərinin bərpası fikrini oyandırıb.
Gülməmmədov Xəyal