“2022-ci ildə bələdiyyələrin fəaliyyətində korrupsiya halları ilə bağlı yoxlamalar aparılıb və 27 ciddi qanun pozuntusu aşkar edilib”.
Ednews xəbər verir ki, bu fikirləri ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə çıxışı zamanı səsləndirib.
“Həmin qanun pozuntuları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Müvafiq hallardan 12-si ilə bağlı Cinayət Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, cinayət işi açılıb”, - deyə nazir müavini əlavə edib.