Xaçmazda Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib - ednews.net

27 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Xaçmazda Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

Cəmiyyət A- A A+
Xaçmaz rayonunda Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədər “Xocalını unutmayaq” adlı tədbir keçirilib.
 
"Report"un şimal bürosunun məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Tədbir iştirakçıları Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin foyesində Xocalı faciəsinə həsr olunmuş sərgi ilə tanış olublar.
 
Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
 
Mədəniyyət işçiləri və məktəblilər “Xocalını unutmayaq” adlı ədəbi bədii kompazisya ilə çıxış edib, vətənpərvərlik ruhunda şerlər səsləndiriblər.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...