Diaspor sədri - Xocalı faciəsi barədə məlumatlı olan əcnəbi tələbələrin sayı artmaqdadır - ednews.net

26 Mart,

(+994 50) 229-39-11

Diaspor sədri - Xocalı faciəsi barədə məlumatlı olan əcnəbi tələbələrin sayı artmaqdadır

Cəmiyyət A- A A+

Xocalı qurbanlarının xatirəsi bu günlərdə dünyanın bir çox ölkəsində anılır.

Azərbaycanın Misirdəki diasporunun və Azərbaycan-Misir Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov Ednews-a açıqlamasında bildirib ki, ərəb ölkələri və İslam dünyasında Xocalı soyqırımının tanıdılması üçün geniş təbliğat aparılır:

“Xocalı faciəsini nəinki ərəb dünyasına, bütün dünyaya çatdırmaq üçün səylərimizi davam etdiririk. 1995-ci ildən - Misirdə fəaliyyətə başladığımız ilk günlərdən ərəb ictimaiyyətinin Qarabağ həqiqətləri ilə tanış olması, ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən məlumatlı olması üçün addımlar atırıq. Sadəcə Xocalı qurbanlarının anım günü ərəfəsində deyil, il boyu bu tədbirlər mütəmadi olaraq davam etdirilir. Azərbaycanın Qahirədəki səfirliyi və diasporu tərəfindən faciə qurbanlarının xatirəsi hər il keçirilən tədbirlərdə ehtiramla anılır. Əcnəbi tələbələrimiz qətliam barədə geniş şəkildə məlumatlıdırlar. Hər il ərəb mediasında Xocalıyla bağlı məqalələrimiz dərc olunur. Artıq ərəb dilində internetdə Xocalı barədə kifayət qədər məlumatlara rast gəlmək mümkündür, həmçinin faciə barədə ərəb dilində kitablar nəşr olunur. Xalqımıza qarşı törədilən bu faciəni unutmamalı və bütün dünya ictimaiyyətinə çatdırmalıyıq. İnanıram ki, xalqımızın və dövlətimizin qətiyyətli addımları sayəsində Xocalı faciəsinə tezliklə ədalətli qiymət veriləcək və bütün dünya 31 il əvvəl bu şəhərdə baş verən dəhşəti soyqırım kimi tanıyacaq”.   

 

Törə Zeynallı



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...