"Bu günə qədər zəlzələ bölgəsindən ümumilikdə 20 300 vətəndaşımız təxliyə edilib".
Ednews xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı brifinqdə deyib.
Ərdoğan deyib ki, bu rəqəmlərə öz rayon və kəndlərinə qayıdanlar, həmçinin qohumlarının yanına gedənlər aid deyil:
“Çadır kənd və konteyner kəndlərin yaradılması prosesi davam edir. Hazırda çadırlarda, yataqxanalarda və digər bu kimi yerlərdə 461 000 vətəndaşımız yerləşdirilib. Təkcə Kahramanmaraşda qurulan çadır sayı 77 000-ə yaxındır”.