Depressiyaya düşən Azərbaycan gəncləri... Çıxış yolu varmı? – TƏKLİFLƏR

Cəmiyyət 10:00 01.03.2023
Müasir dövrümüzdə gənclər arasında yayılmış emosional problemlər sırasında depressiya xüsusi yer tutur. Və bu da gün keçdikcə intihar xəbərlərinin artmasına səbəb olur. 
 
Bəs, nəyə görə məhz yeni nəsil depressiyaya meyillidir? Bunun qarşısını almaq üçün hansı tətbirlər görülməlidir? Bununla bağlı dövlət proqramı tərtib olunmalıdır? 
 
Mövzu ilə bağlı Ednews-a danışan psixoloq Taryel Faziloğlu bildirdi ki, əslində Azərbaycanda gənclərin depressiyaya meyilli olmasının ən böyük səbəbi, yeniyetmələr və gənclərin arzularının, hədəflərinin, məqsədlərinin olmamasıdır.Günlük həyat yaşayan insanların depresiyyaya meyilliliyi çox yüksəkdir. 
 
“İnsanı motivasiya edən, hərəkətə gətirən arzuları, çatmaq istədikləri müəyyən nöqtələrdir. Müasir gənclərin əksəriyyətində isə bu yoxdur. Təhsil sisteminin ddə çox ciddi şəkildə rolu var. Sovet dönəmində, 2000-lərə qədər təhsil sistemi emosional intellektin üzərində qurulmuşdur. Emosional intellektin üzərində qurulmuş təhsil sistemi gənclərə arzulamağı, hədəf qoymağı, böyük düşünməyi öyrədirdi. 2000-ci ildən sonra Azərbaycan təhsil sistemini Amerika təhsil sistemi ilə dəyişdirdi. Və bu dünyanın ən zərərli, uyğunsuz təhsil sistemidir. Emosional təhsil sisteminin yerinə rasional sistem quruldu. Rasional təhsil sistemi məntiq üzərində qurulub. Və məntiq üzərinə qurulan təhsil sistemində xəyal qurmağa, arzulamağa ehtiyac görülmür. Məntiqi elmlərə daha çox üstünlük verilir.  Buna görə də gənclərdə hədəf qoymaq kimi xüsusiyyətlər formalaşmır. Bu da psixoloji problemləri ortaya çıxarır.
 
Psixoloqun sözlərinə görə bu da bir sıra fəsadlara yol açır. Məsələn intihar, panik atak, paranoyalar, şizofreniya kimi xəstəlikləri üzə çıxarır. 
 
“Dövlət proqramı tərtib olunmalıdır. Həm də təhsil sisteminin tərzi dəyişdirilməlidir. Üstəgəl Azərbaycanda geniş psixoloji  maarifləndirmə, məlumatlandırma proqramları hazırlanmalıdır. Eyni zamanda xəstəxanalarda psixoloqların sayı artırılmalıdır. Yəni Azərbaycanda psixoloji xidmət dövlət tərəfindən dəstəklənmə və təşviq olunmalıdır. Gənclərimizi və cəmiyyəti qorumalıyıq. Bunu etməsək bir neçə ildən sonra etməsək çox gec ola bilər”. 
 
Məsələnin rəsmi tərəfi barədə danışan deputat Faziı Mustafa isə bildirdi ki, depressiya bütün ölkələrdə olur. Bu təkcə sosial vəziyyətlə bağlı deyil. Sosial vəziyyətin yaxşı olduğu ölkələrdə də depressiyaya məruz qalan insanlar var. 
 
“Məsələn, Danimarka, Norveç kimi ölkələrdə Günəş enerjisi almayan, tutqun havadan yorulan insan obrazları çoxdur. Buna görə də onlar çox vaxt Şərq ölkələrinə səyahət edirlər. Bizdə isə bu hal insanların arzuladığı şəkildə boya başa çata bilməməsi, istədiyi təhsili ala bilməməsi, peşə əldə etməməsi ilə bağlıdır. Və sonra insan həyatda öz yerini tapa bilmir. İnsan ailədə yerini tapa bilməyəndə, çətinliklər qarşısında hansısa çözüm yolları tapa bilməyəndə depressiyaya düşür. Çətinliklər həmişə var. Amma hazır olmayan insan intihara meyilli olur. Başqa yol tapa bilməyəndə ağlından məhrum olur, özünü həlak edir. Ona görə də depressiya məsələsinə meyillilik birbaşa insanın öz ağlını idarə edə bilməməsindən, güvənsizlikdən qaynaqlanan prosesdir. Yəni bu prossesi psixoloqla çözmək məsələsi çox çətin məsələdir. Çünki psixoloq özü də yoxdu. Özünü psixoloq adlandıran xeyli sayda insanlar var. Sadəcə gəlişi gözəl sözlərlə insana təsir edəcəklərini düşünürlər. Əslində onlar insana fayda verə biləcək bilgi və təəcrübə sahibi deyillər. Ola bilər içlərində 3-5 adam yetişə bilər”.
 
Millət vəkili əlavə etdi ki, insanın formalaşmasına səbəb olan sahələri diriltmək lazımdır. Məsələn idman, təhsil və.s kimi. 
 
“Hesab edirəm ki, əgər bu sahadə mütəxəssislər yetişsə, hər halda onların təklifləri müəyyən dərəcədə faydalı olar. Birinci kadr bolluğu olmalıdır ki, onun içindən müzakirələr apara biləcək, televiziyada bu istiqamətdə insanlara tövsiyyə verə biləcək könüllü insanlar olsun. Cəmiyyətdə birinci növbədə bu peşəni bilən insanların çoxluğu lazımdır ki, alternativlər çox olsun. Hər halda dövlət intiharların qarşısını almaq üçün bu problemi köklü şəkildə müzakirəyə çıxarmalıdır və ondan sonra konkret proqramlar qəbul oluna bilər. Bizdə isə bu məsələ demək olar ki, müzakirə olunmur.”
 
Səbinə Qənbərova
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Hamısı