Son iki gündür “əl yandıran” kirayə qiymətlərinin artım - SƏBƏBİ AÇIQLANDI - ednews.net

27 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Son iki gündür “əl yandıran” kirayə qiymətlərinin artım - SƏBƏBİ AÇIQLANDI

Cəmiyyət A- A A+

Son iki gündür  kirayə mənzil bazarında bir çox ciddi   qiymət artımı müşahidə olunur. Bahalaşma xüsusilə paytaxın mərkəzi hissəsində daha çox nəzərə çarpır.

Maraqlıdır ki, kirayə mənzil bazarında ciddi qiymət artımına səbəb nə olub?

Məsələ ilə bağlı Ednews-a danışan Daşınmaz Əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki kirayə mənzil bazarında hər il artım müşahidə olunur. Onun sözlərinə görə bu daha çox mənzil qıtlığına gətirib çıxarır.

“Əsas səbəblərdən biri  paytaxt Bakı şəhərində çoxmənzilli yaşayış binalarının söküntüsünə başlanılıb. İstismar müddətini bitirmiş beş  mərtəbəli binalar  sökülür. Əvəzinə yeni binalar tikilir. Köhnə mənzil sahibləri o binalardan mənzillə təmin olunublar”.  

Ekspert qeyd edib ki, hər sökülən binanın yenidən tikilməsi üçün ən azı  2-3 il müddət vaxt lazımdır.  

“Sökülən binalar da  kirayə mənzil bazarına  təsir edir. Yeni və köhnə binalarda kirayə mənzillər arasında ciddi qiymət fərqi var. Köhnə tikililərdə mənzillərin qiyməti  300-400 manatı təşkil edirsə bu yeni mənzillərdə 600 manatı keçir. Get-gedə bu proses sürətlənir. Mənzil bazarındakı qiymətə təsir göstərir”.                                                                                                          E. Fərzəliyev onu da da bildirib ki, yaxın  gələcəkdə şəhərəyaxın ərazilərdə olan binaların qiymətlərində kəskin artım baş verəcək. Ekspert bunu dünyada baş verən  siyasi hadisələrlə də əlaqələndirib.

“Bu il  Türkiyədə baş verən zəlzələ səbəbi ilə orada yaşayan soydaşlarımız ölkəyə qayıdırlar. Bu  da mənzil bazarında qiymətlərə təsir edən səbəblərdən biridir. Eyni zamanda ötən il avqust -sentyabr ayında Rusiya-Ukrayna müharibəsində Rusiyanın səfərbərlik elan etməsi nəticəsində  ölkəyə olan təlabat qiymət artımında rolu var”.

Ayan Rzayeva



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...