Üç dil bilən, fəlsəfəni sevən Hacı Şahin Maraqlı faktlar

Cəmiyyət 11:30 02.03.2023
Xəbər verdiyimiz kimi¸ cəmiyyət içində sevilən tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli dünyasını dəyişib.
 
Ednews mərhum haqqında maraqlı faktları təqdim edir. 
 
Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib.
 
Atası iqtisadçı, anası müəllim olub. 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib.
 
Hacı Şahin 12 yaşı olanda atasını itirir, ailədə maddi çətinliklər yaranır. Məktəbi bitirən kimi 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 
 
***
 
90-cı illərdə məhəllədə qonşu uşaqlarla toplanıb məscidə gedirlərdi. “Aşura”, namaz qılan insanlar Hacı Şahində dinə böyük maraq yaradır. O illəri belə xatırlayır: 
 
“Yadımdadır, ilk dəfə şeyx “şəhid” sözünü işlətməyə başlayanda bizə maraqlı gəlirdi ki, şəhid kimdir? Yəni dini biliklərimiz yox idi. Amma içimdə allahla rabitə yaratmaq istəyi var idi. Namaza başladım, dostlarımla birlikdə həyətimizdə ibadət evi açdıq. Camaat namazına imamlıq etmək və xütbə oxumaq üçün məni seçdilər”.
 
Din barədə mütalilələrini artırır, ərəb və fars, rus dillərini öyrənir, fərdi qaydada dini dərslər alır, xeyli kitablar oxumağa başlayır. 
 
***
 
2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.
 
1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
 
İnsanlar cəhənnəmi və cənnəti elə bu dünyada yaşamırmı, sualına Hacı belə cavab verib:
 
“İnsan cənnət və cəhənnəmi bu dünyada yaşayır. Axirət bu dünyanın əslində pərdəarxasıdır. Biz axirətə köçdüyümüz zaman əbədi var olacağıq. Amma bu varlıq bizim dünyadakı mənəvi durumumuzun inikasıdır, təzahürüdür. Cəhənnəm deyildikdə biz pirimitiv düşnməməliyik ki, yaxşı əməl edənləri güllü-çiçəkli yerlərə, pisləri isə qır qazanına atıb qaynadacaqlar. Cənnət dedikdə insanın daxili dünyasının xarici təzahürü nəzərdə tutulur. Hər bir insan öz cənnətində qalacaq. Axirət aləminin bu dünyadan əsas fərqi ondan ibarətdir ki, daxili aləmlə xarici aləm orada vəhdətdə olacaq”.
 
***
 
Hacı Şahin dindən başqa fəlsəfəyə marağı olub. Xüsusən, Qərb fəlsəfəsini oxumağ sevərdi. Ən çox Nitsşeni, Freydin yaradıcılığını mütaliə edirdi. 
 
Hacı Şahin həyatla, dinlə, insanla bağlı müxtəlif fikirlərə sahib olub. Onun bəzi deyimlərini təqdim edirik:
 
“Həyat - məhəbbət bəslədiklərimizə qovuşmaq prosesi olduğundan biz yaranmış durumu dəyişməkdən ötrü sevgimizin nəyə yönəldiyini müəyyən etməkdən başlamalıyıq”.
 
“Həyatın kefi sevginin olmasında və sevdiyinə qovuşmaq üçün tər tökməkdədir”.
 
“Kaş bir dəfə dərin xoşbəxtliyi dadaydıq, o zaman ondan əl çəkməzdik. Burada "keçmişdə vaxtlarımız var idi" deyən insanların nostalgiya ilə yad etdiyi "xoşbəxtlik" nəzərdə tutulmur”.
 
***
 
“Məhəbbət - azad buraxmaq, səhv imkanı vermək, dəstəkləmək və özünü fəda etməkdir. Məhəbbət - sevdiyinin xüsusiyyətlərini əxz etmək, onun rənginə boyanmaqdır”.
 
“Böyük insana həyatın hətta böyük dərdi də kiçik görünür, ona görə də soyuqqanlılığını və ayıq-sayıqlığını əldən vermir. Böyüməliyik: həyatın zərbələri, onlar haqda düşünmək, səhvlərimizi təhlil etmək, peşmanlamaq, böyük hədəflər güdmək – bütün bunlar bizi böyüdür”.
 
***
 
Ailəli idi. İki qızı və iki oğlu var.
 
Bu gün martın 2-də ürək çatışmazlığından vəfat edib. Allah rəhmət etsin.
 
Oğuz
 
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib
22:40 13.05.2024
Paşinyan Kopenhagen Demokratiya Sammitində iştirak etmək üçün Danimarkaya gedib
22:22 13.05.2024
Polşa öz vətəndaşlarını Gürcüstanda etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıb
22:00 13.05.2024
BMT-nin iki əməkdaşı "Rəfah" keçid məntəqəsi yaxınlığında yaralanıb
21:42 13.05.2024
Ərdoğan yunan Baş nazirlə birgə brifinqdə: Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir
21:21 13.05.2024
Avropalı parlamentari Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb
21:00 13.05.2024
Aİ Moldovadan gələn mallara rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb
20:40 13.05.2024
Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Bu qadınların maaşları ARTIRILA BİLƏR
15:25 13.05.2024
Ukrayna niyə müdafiə oluna bilmir?
Ukrayna niyə müdafiə oluna bilmir?
15:20 13.05.2024
YAP Umud Mirzəyevi Fəxri Fərmanla təltif etdi – FOTO
15:00 13.05.2024
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
14:59 13.05.2024
İranda yeni nüvə reaktoru tikiləcək
İranda yeni nüvə reaktoru tikiləcək
14:50 13.05.2024
"Qarabağ"a qızıl medal və kubok bu stadionda veriləcək
14:46 13.05.2024
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
14:32 13.05.2024
Hamısı