Sosial şəbəkələrdə Bakı metrosunda terror aktının törədiləcəyi barədə səs yazısı yayılıb. Səs yazısında yaxın günlərdə metroda terror aktının baş verəcəyi iddia edilib və kimliyi bəlli olmayan şəxs vətəndaşları mümkün qədər metrodan istifadə etməməyə çağırıb.
Məsələ ilə bağlı Ednews-a DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev açıqlamasında bildirib ki, sözügedən səs yazısı araşdırılır.
“Nəticəsi barəsində geniş məlumat veriləcək. Bu cür xəbərləri əksərən tez-tez yayırlar. Gah deyirlər məktəbə bomba qoyublar və.s. Hazırda aradşırırma tam şəkildə diqqətdədir”.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə məsələnin bizim qurumla əlaqəsinin olmadığını bildirdib. O, qeyd ebib ki, bununla bağlı hər hansı bir “Bakı Metropoliteni” araşdırma və digər səlahiyyətlərə, eyni zamanda texniki imkanlara malik deyilik. Burda bizim fikirimiz əsas deyil”.
Oğuz