“2023-cü ilin yanvarın 1-dən ünvanlı sosial yardımla bağlı müraciətlər hədsiz şəkildə çoxalıb”.
Ednews xəbər verir ki, bunu DOST Agentliyinin DOST xidmətləri departamentinin müdir müavini Vasif Qəribov deyib.
Onun sözlərinə görə, 2022-ci ildə ünvanlı dövlət sosial yardımın təyin edilməsi üzrə ümumillikdə 5 DOST mərkəzinə 30 minə müraciət daxil olunub.
“Bu müraciətlər əsasında vətəndaşalrın maddi-məişət şəraitdə yoxlamalar keçirilib. 2023-cü ilin 1 yanvar tarixindən bu günədək isə 9 minə yaxın müraciət daxil olub. Gündəlik olaraq DOST mərkəzi tərəfindən isə 300-350 ailənin maddi-məişət şəraiti yoxlanılır. 2023-cü ildən ünvalı sosial yardımla bağlı mürciətlər hədsiz şəkildə çoxalıb”.
Aysel Şahmar