Türkiyənin zəlzələ bölgəsindən Bakıya təxliyə olunan VƏTƏNDAŞLARIN SAYI - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

Türkiyənin zəlzələ bölgəsindən Bakıya təxliyə olunan VƏTƏNDAŞLARIN SAYI

Cəmiyyət A- A A+
Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilib.
 
Ednews  xəbər verir ki, bu barədə trend.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
 
Qeyd edilib ki, AYNA tərəfindən təşkil olunan təxliyə avtobusları ilə vətəndaşlarımız dünən Gürcüstan-Azərbaycan sərhədindən paytaxta gətirilib.
 
"Bu günə kimi 16 reys həyata keçirilib və 639 vətəndaş Bakı Beynəlxalq Avtovağzal Kompleksinə çatıb. Vətəndaşlar ödənişsiz Bakıya daşınıb", - deyə məlumatda qeyd olunub.
 
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib.
 
Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ ölkənin 10 vilayətində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 48 min nəfərə çatıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...