Dəm qazından insanlar niyə və necə zəhərlənir? STATİSTİKA

Cəmiyyət 16:29 14.03.2023

Yanvar və Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) dəm qazından  zəhərlənmə ilə bağlı 569 nəfər müraciət edib.

Bunu Ednews-un sorğusuna cavab olaraq, Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən bildiriblər. 

Qeyd olunub ki, 2023-cü il yanvar və fevral aylarında dəm qazından 569 nəfər zəhərlənib.

Bu ilin yanvar ayında dəm qazından zəhərlənən şəxslərin  84-ü kişi, 166-sı qadın, 41-i uşaq olmaqla ambulator müailcə, 3-ü kişi, 12-si qadın, 3-ü uşaq olmaqla stasionar müalicə göstərilib.

Fevral ayı üzrə isə dəm qazından zəhərlənən şəxslərin  73-ü kişi, 132-si qadın, 35-i uşaq olmaqla ambulator müailcə, 6-sı kişi, 11-i qadın, 3-ü uşaq olmaqla stasionar müalicə göstərilib.

Mövzu ilə bağlı ekspert Elçin Bayramlı qeyd edib ki, son  illərdə dəm qazından zəhərlənmələrin və qazsızmadan partlayışların sayında azalma var. 2022-ci ildə dəm qazından zəhərlənmə və partlayış tipli qəza hadisələrin sayı 280 civarında olub, bu da 2011-ci ilin göstəricisi ilə müqayisədə kəskin azalma deməkdir. 2011-ci ildə bu göstərici 1 000-ə yaxın olub:

“Belə problemlərin yaranmasının bir çox səbəbləri var. Texniki təhlükəsizliyi düzgün riayət edilmir. Qaz cihazlarının qeyri-standart olması, mənzillərə qaz sistemi çəkərkən qeyri-peşəkarlıq müşahidə olunur. Mətbəxin və hamamın yerini dəyişmək düzgün deyil. Bu işi sahə üzrə təcrübəsi olan insanlar etməlidir. Şaxtalar mütləq şəkildə təmizlənməlidir. Su qızdırıcını hamama, mətbəxə qoymaq birmənalı olaraq səhvdir. Qapılarda yarıqlar olmalıdır”.

Ekspertin sözlərinə görə, bu ilə kimi Azəriqaz-ın əməkdaşları evə daxil olub, qaz sistemini yoxlaya bilmirdilər. Lakin bu ilin ikinci yarısından artıq onlar evlərə daxil olub, yoxlamalar apara biləcəklər. Bu çox yaxşı haldır. Həm partlayışların, həm də dəm qazlarından boğulmaların qarşısnı alacaq.

“İnkişaf etmiş ölkələrdə qaz detektoru quraşdırılır. Bu mütləq hər bir evdə qoyulmalıdır. Bizim ölkədə isə bu kimi məcburiyyət yoxdur. Bu da çox pis haldır. Vətəndaşlar bu məsələyə çox laqeyd yanaşırlar. Ümumiyyətlə, xaricdən gətirilən istilik cihazlarına nəzarət Azəriqaz tərəfindən həyata keçirilərsə, təhlükəsizliyi daha yaxşı şəkildə qorumaq olar. Cihazlar mütləq şəkildə yoxlanılmalıdır. Standarlarına baxılmalıdır. Təlimata uyğun sistem qurulmalıdır. Əgər qaz detektoru qoyulsa və Azəriqaz-ın əməkdaşları evlərdə yoxlama keçirsə, dəm qazından boğulmaların sayı azalmaqla yanaşı sıfıra endirə bilərik”.

Aysel Şahmar

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hamısı