Qızıl Xaç Komitəsi Qarabağda hansı “humanist” faəliyyətlə məşğuldur? Əliməmməd Nuriyevdən AÇIQLAMA

Cəmiyyət 17:00 14.03.2023

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıqlamasında bildirib ki, Beynəlxal Qırmızı Xaç Komitəsi (BQXK) itkin düşmüş azərbaycanlılarla bağlı demək olar ki heç bir iş görmür.

Prezientin köməkçisi həmçinin qeyd edib ki, Ermənistan I Qarabağ müharibəsi zamanı itkin düşmüş 3900-a qədər soydaşımızın taleyinin müəyyənləşdirilməsi üçün heç bir əməkdaşlıq etməyib.

“Qırmızı Xaç komitəsinin fəaliyyətini qəbul edə bilmərik. Bu qurumun fəaliyyəti birbaşa Ermənistanda fəaliyyət göstərən Qırmızı Xaç Komitəsinə tabedir. Şübhəsiz ki, bu yolverilməzdir. Başqa bir ölkənin tabeliyində olan qurumun Azərbaycan ərazisində fəaliyyəti yolverilməzdir”.  

Bu sözləri Ednews-a açıqlamasında Daxili İşlər Nazirliyi yanında ictimai şuranın sədri Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə bu Ermənistanda deyil , Azərbaycanda fəaliyyət göstərən BQXK-a tabe olmalı idi.  

“Burada hüquqi baxımdan  problem var. Əslində onların bu hərəkətini Azərbaycanın suverenliyini qəbul etməmək kimi də qiymətləndirmək olar. Ona görə də BQXK bu barədə düşünməlidir. O özünün humanist missiyasına uyğun olaraq bitərəflilik missiyasına söykənərək neytrallığını qoruyub saxlamalıdır. Bu da Azərbaycan dövlətinin suverenliyinə onun  qanunlarına itaət etməsi ilə baş tutmalıdır”.  

O, həmçinin qeyd edib ki, BQXK-nin 3900-a yaxın taleyi hələ də məlum olmayan azərbaycanlılar haqqında hər hansı bir fəaliyyət aparması da görünmür. 

“Eyni zamanda onlar 30 il işğal dövrü müddətində ciddi işlərlə məşğul olmayıblar.

Bu gün BQXK Erməni cinayətkarlarının himayəsi ilə məşğuldur. Onların gündəlik təlabatlarını qarşılayırlar. Azərbaycan tərəfi üçün belə yanaşma sərgilənməyib. İllərdir məcburi köçkünlərlə bağlı məsələlərdə heç bir addım atılmayıb. BQXK-nın Xankəndi və digər ərazilərdəki fəaliyyəti bitərəf şəkildə yerinə yetirilməlidir.

İşğaldan azad olnunan ərazilərə insanları köçürəndə BQXK-dan nümayəndələrindən hər hansı yardım görməmişik. Düşünürəm ki, Xankəndi və digər ərazilərdə olan fəaliyyətləri dayandırılmalıdır”.  

O, son olaraq qeyd edib ki, beynəlxaq qurumlar Azərbaycan  ərazisinin bütövlüyünü tanımalı və hörmət etməlidirlər.  

“BQXK tərəfindən Azərbaycanın hər bir yerində yaşayan vətəndaşlara eyni yanaşma olmalıdır”.

Ayan Rzayeva

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hamısı