“Novruz bayramından sonra Ramazan ayı gəlir. Oruc tutmaq istətən şəxslər bayramda yeməklərinə daha da diqqət etməlidirlər”.
Ednews xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
Onun sözlərinə görə, şəkərli qidaları çox saxlaya bilərik fikri yanlışdır.
“Bayram süfrəsində balıq məhsulları seçim olunur. Onlar bir gün içində yəni 4-6 saat içində yeyilməlidir. Həmçinin, turşu və spirtli içkilərə də riayət etmək lazımdır. Spirtli içki və şəkərli qida qəbul edən şəxslər eyni gündə bunu edərsə, bu zaman mədəalıtı vəzi çox çətin vəziyyətə düşür. Qusma, qızdırma, titrəmə, nitqin pozuması, başda gicəllənmə olarsa, bu artıq zəhərlənmədir. Belə hal olarkən tez bir zaman içində həkimə zəng edilməlidir. Şəkər xəstələri, xüsusən qidalanarına diqqət etməli və şəkər dərmanlarını vaxtında içməlidirlər. Təzyiqdən əziyyət çəkən şəxslər isə duz və qoyun ətindən uzaq durmasını tövsiyyə edirik. Bununla yanaşı təmiz havada gəzmələri önəmlidir. Novruz bayramından sonra Ramazan ayı gəlir. Oruc tutmaq insanların sağlamlığına çox xeyirdir. Oruc tutmaq orqanizm üçün çox yaxşıdır”.
Aysel Şahmar